featured-image-77476

PSJ-nin baş məşqçisi Luis Enrike UEFA Çempionlar Liqasının birinci yarımfinalında “Bavariya” ilə keçirilən və 9 qolun vurulduğu qarşılaşmanı (5:4) karyerasının ən yaddaqalan hadisəsi adlandırıb.

Msport.az xəbər verir ki, təcrübəli mütəxəssis oyunun keyfiyyəti haqqında yüksək fikirlər səsləndirib:

“Heç bir şübhə yoxdur ki, bu, məşqçi kimi iştirak etdiyim ən yaxşı matç idi. Mən indiyədək futbol meydanında belə intensivlik və fiziki hazırlıq səviyyəsi görməmişdim. Hamını təbrik etməliyik”.

Enrike hər iki komandanın qələbəyə bərabər yaxın olduğunu da vurğulayıb: “Biz bu gün həm qalib gəlməyə, həm heç-heçəyə, həm də məğlubiyyətə layiq idik. Həqiqətən fantastik bir oyun izlədik”.

Qeyd edək ki, 9 qolun vurulduğu bu tarixi mübarizənin cavab qarşılaşması mayın 6-da Münhendə keçiriləcək.

Bənzər xəbərlər