featured-image-81181

Fransa təmsilçisi “Monako” “Napoli”nin hücumçusu Romelu Lukakunu transfer etmək niyyətindədir.

Msport.az xəbər verir ki, Liqa 1 təmsilçisi Belçika millisinin 33 yaşlı üzvü ilə bağlı “Napoli”dən informasiya istəyib.

Lukaku bu yay Türkiyə klublarından aldığı iki təklifi geri çevirib. Təcrübəli hücumçunun “Napoli” ilə müqaviləsinin müddəti 2027-ci il iyunun 30-dək nəzərdə tutulub. “Transfermarkt” portalı onun dəyərini 6 milyon avro qiymətləndirir.

Qeyd edək ki, R.Lukaku ötən mövsüm Neapol təmsilçisinin heyətində 6 oyunda 1 qol vurub. O, 2026-cı il dünya çempionatında isə 6 matçda 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Bənzər xəbərlər