featured-image-2164

“İnter”ə qayıtmaq niyyətində olan Romelu Lukaku əməkhaqqının 50 faiz azalmasına razılaşmalıdır. Msport.az “The Sun”a istinadən xəbər verir ki, belçikalı hücumçu “Çelsi”də ilinə təxminən 20 milyon avro qazanır.

Lukaku London klubunda  şəxsinə yönəlik münasibətdən narazı olduğu üçün yenidən İtaliyaya dönmək istəyir. 28 yaşlı forvard gələcək transferi müzakirə etmək üçün “neradzurri”nin baş direktoru Beppe Marotto ilə görüşəcək.

Bu mövsüm İngiltərə Premyer Liqasında 21 oyunda meydana çıxan futbolçu 5 qol vurub və 1 məhsuldar ötürmə verib.

Bənzər xəbərlər