featured-image-39012

“Əlbəttə, beş qol çoxdur. Amma matça baxsanız, Lunyovu qınamağa dəyməz”.

Msport.az Metaratings” nəşrinə istinadən xəbər verir ki, bunu Rusiya millisinin və “Rostov” klubunun qapıçılar üzrə məşqçisi Vitali Kafanov deyib.

63 yaşlı mütəxəssis “Qarabağ”ın qapıçısı Andrey Lunyovun Avropa Liqasının qrup mərhələsinin III turunda Almaniyada “Bayer 04″lə görüşdə beş qol buraxmasına münasibət bildirib.

O, 31 yaşlı qolkiperin yalnız sonuncu qolda səhv etdiyini söyləyib: “Bu isə qarşılaşmanın gedişatına təsir etmədi. Qapıçı orada daha yaxşı oynaya bilərdi”.

Qeyd edək ki, “Qarabağ” səfərdə “Bayer 04″ə 1:5 hesabı ilə uduzub.

Bənzər xəbərlər