featured-image-5291

“Arsenal”dan ayrılan Aleksandr Lyakazett karyerasını “Lion”da davam etdirəcək. Msport.az Fransa klubunun rəsmi saytına istinadən xəbər verir ki, 31 yaşlı hücumçu 3 illik müqaviləyə imza atıb.

Lyakazettin London klubu ilə müqaviləsi başa çardığından o, “Lion”a azad agent kimi gəlib.

Fransa təmsilçisinin bununla bağlı açıqlamasında deyilir: “31 yaşlı  forvard bir çox klublardan təklif alsa da, o,  yetişdiyi və böyük futbolçu olduğu “Lion”a qayıtmağı məqsədə uyğun sayıb. Lyakazetin dönməsi son bir neçə ayda bizim əsas priioretimiz idi”.

Lyakazett 2017-ci ildə “Lion”dan “Arsenal”a keçmişdi. Fransalı hücumçu “topçular”ın heyətində 206 oyunda 71 qol vurub və 36 məhsuldar ötürmə verib.

Bənzər xəbərlər