Madrid derbisində hakim səhvə yol verib - RƏSMİ
İspaniya Hakimlər Komitəsinin Texniki Şurası (CTA) İspaniya La Liqasının 7-ci turunda “Real” – “Atletiko” oyunundakı (1:2) hakim səhvini etiraf edib.
Msport.az xəbər verir ki, matçın baş kahimi Miqel Anxel Ortiz Cud Bellinqemlə bağlı səhv qərar verib. O, “Real”ın futbolçusuna sarı vərəqə göstərib.
Epizod zamanı “Atletiko”nun müdafiəçisi Kristian Romero mübarizə zamanı Bellinqemin ayağına basıb. Komitə hakimin qayda pozuntusunun mahiyyətini düzgün qiymətləndirmədiyini açıqlayıb.
VAR müdaxiləsindən sonra Ortis Arias epizodu monitordan izləyib və Romeronun hərəkətini ehtiyatsızlıq kimi dəyərləndirib. Nəticədə “Atletiko”nun futbolçusuna sarı vərəqə göstərilib.
omitənin rəyinə görə, VAR-ın müdaxiləsi düzgün olub, çünki hakim ilkin olaraq qayda pozuntusunun mahiyyətini səhv müəyyənləşdirib.







