Mahir Emreli Almaniyada het-trik etdi
Azərbaycan millisinin futbolçusu Mahir Emreli çıxış etdiyi Almaniyanın “Nürnberq” komandasında het-trik edib.
Msport.az xəbər verir ki, 28 yaşlı hücumçu II Bundesliqanın XXXIV turunda qarşılaşdıqları “Ayntaxt”ın (Braunşveyq) qapısından 3 qol keçirib.
O, 10, 20 və 45+1-ci dəqiqələrdə fərqlənib. Futbolçu ikinci qoldan sonra sarı vərəqə ilə cəzalanıb. Emreli 83-cü dəqiqədə əvəzlənib.
Qarşılaşma Emrelinin komandasının 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.