Mahir Emreli Almaniyada rəmzi komandaya düşdü
Almaniya II Bundesliqasında 34-cü turun rəmzi komandası açıqlanıb.
Msport.az xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Mahir Emreli də siyahıya düşüb.
“Nürnberq”in formasını geyinən 27 yaşlı forvard Braunşveyq “Ayntraxt”ı ilə görüşdə het-trikə imza atmaqla bunu bacarıb. O, komandasının 4:1 hesablı qələbəsinə 3 qolla töhfə verib. Emreli 3-4-3 sistemində tərtib edilən simvolik “11-liy”in mərkəz hücumunda qərarlaşıb.
Qeyd edək ki, “Ayntraxt”dan ayrılan Mahir Emreli bu komandanın heyətində cari mövsüm 11 qol vurub.