Mahir Emreli “Dinamo” azarkeşləri ilə görüşəcək
Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emreli Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunun azarkeşləri ilə görüşəcək.
Msport.az xəbər verir ki, bu barədə Zaqreb təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Bu, aprelin 26-da – “Dinamo”nun yaranmasının 111-ci ildönümü günündə baş tutacaq. Ölkə çempionu bu məqsədlə Zaqrebin mərkəzində şənlik təşkil edəcək. Fanatlar orada həm oyunçularla ünsiyyətdə olacaq, həm də əyləncəli proqramları izləyəcək.
“Dinamo” bu gün ölkə çempionatının 9-cu turundan təxirə salınmış matçda “Hayduk”un qonağı olacaq. Qarşılaşmaya Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.