Mahir Emreli haqda: “Yetərli deyil”
“Bild” nəşri Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin “Nürnberq”dəki çıxışını dəyərləndirib.
Msport.az xəbər verir ki, yazıda hücumçunun son iki matçda 3 qol vurmasına toxunulub.
Lakin bunun kifayət etmədiyi vurğulanıb: “Mahir Emrelinin qol vurmaq instinktini qaytarması yaxşı haldır. Ancaq bu da yetərli deyil. O, “Paderborn”la görüşdə “Nürnberq”in yeganə hücumçusu idi. Azərbaycanlı futbolçu qısa ötürmə kombinasiyalı oyuna üstünlük verir. Lakin komandada hücumun dərinliyinə getmək baxımından çatışmazlıq var”.
Qeyd edək ki, Mahir Emreli bu mövsüm II Bundesliqada 20 oyunda 6 qol vurub, 1 məhsuldar ötürmə verib.