Mahir Emreli “Makkabi”yə “yox” dedi
Azərbaycan millisinin və Almaniyanın “Kayzerslautern” komandasının futbolçusu Mahir Emrelinin imtina etdiyi daha bir klub müəyyənləşib.
Msport.az xəbər verir ki, 29 yaşlı hücumçunun karyerasını İsraildə davam etdirmək imkanı olub.
“Makkabi” (Hayfa) azərbaycanlı forvardı heyətə qatmaq istəyib. Lakin oyunçu təklifdən imtina edib.
Ötən mövsüm II Bundesliqa təmsilçisində az forma şansı əldə edən Emreli digər təklifləri dəyərləndirir. Daha əvvəl Kiprin APOEL klubundan da imtina edən futbolçu iddialı və avrokuboklarda çıxış edən klubla anlaşmaq niyyətindədir.
Qeyd edək ki, Mahir Emrelinin “Kayzerslautern”lə müqaviləsinin müddəti 2028-ci ilin yayınadək qüvvədədir. Report







