featured-image-63917

“Uzun fasilədən sonra start heyətində meydana çıxmışdım. Bu, mənim üçün xüsusi önəm daşıyırdı”.

Msport.az xəbər verir ki, bunu Azərbaycan millisinin futbolçusu Mahir Emreli “Bild” nəşrinə açıqlamasında deyib.

“Nürnberq”in hücumçusu II Bundesliqanın 29-cu turunda “Kayzerslautern”lə səfər oyununda vurduğu qələbə qoluna münasibət bildirib: “Oyun zamanı komandama kömək etməkdən həzz alırdım. Çətin görüş alınacağını bilirdik. “Kayzerslautern”in ən böyük üstünlüyü azarkeşləri idi. Buna baxmayaraq, matça yaxşı hazırlaşmışdıq. Ümid edirəm ki, bu qələbə bizə qarşıdakı oyunlar üçün daha çox motivasiya verəcək. Psixoloji cəhətdən hazır olsaq, bu liqada məğlub edə bilməyəcəyimiz komanda yoxdur”.

Qeyd edək ki, “Nürnberq” səfərdə 2:1 hesablı qələbə qazanıb. Komanda hazırda 44 xalla 8-ci pillədə qərarlaşır.

Bənzər xəbərlər