featured-image-65229

“Nürnberq” karyeram qısa, ancaq gözəl alındı”.

Msport.az xəbər verir ki, bunu Azərbaycan millisinin futbolçusu Mahir Emreli Almaniyanın “Nürnberq” klubu ilə vidalaşması barədə danışarkən deyib.

27 yaşlı hücumçu bununla bağlı “Bild” nəşrinə açıqlama verib. II Bundesliqanın XXXIV turunda “Ayntaxt”la (Braunşveyq) matçda het-trik edən forvard gələcək planlarından da söz açıb: “Nürnberq”dən ayrılmağım üzücüdür. Amma bu cür vidalaşdığım üçün şadam. Menecerimə demişdim ki, mövsümün sonuna qədər məni tək buraxsın. Hələ heç bir qərar verilməmişdi. Son günə qədər bütün diqqətimi “Nürnberq”ə yönəltmək istəyirdim”.

Qeyd edək ki, Mahir Emreli “Nürnberq”in heyətində çempionatda 10, ölkə kubokunda 1 qol vurub.

Bənzər xəbərlər