featured-image-40239

“Ümid edirəm ki, yenidən qalib gələcəyik”

Msport.az “Sportklub.n1info” nəşrinə istinadən xəbər verir ki, bunu Xorvatiyanın “Dinamo” klubunun futbolçusu Mahir Emreli Qazaxıstanda “Astana”ya qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının qrup mərhələsinin V tur oyunundan əvvəl mətbuat konfransında deyib.

26 yaşlı yarımmüdafiəçinin qarşılaşmanın çətin olacağını bildirib. “Həm rəqibə, həm də bizə xal lazımdır. “Astana”nı daha əvvəl beş dəfə məlub etsək də, budəfəki matçın asan olmayacağını bilirik. Yaxşı duel alınacaq”.

Qeyd edək ki, bu gün reallaşacaq “Astana” – “Dinamo” görüşü Bakı vaxtı ilə saat 19:30-da start götürəcək.

Bənzər xəbərlər