featured-image-62239

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi “Nürnberq” klubu 2-ci Bundesliqanın XXIV turunda bu gün “Hannover”i qəbul edəcək.

Msport.az xəbər verir ki, transfer danışıqları ilə bağlı bir müddət əsas komandadan kənarda qalan 28 yaşlı hücumçu bu matçın iştirak ərizəsinə salınıb.

Təcrübəli forvard qarşılaşmaya ehtiyat oyunçular skamyasında başlayacaq.

Qeyd edək ki, Mahir Emrelinin Cənubi Koreyanın “Seul” klubuna keçidi gündəmdə idi.

Bənzər xəbərlər