Mahir Emreli yenidən Polşa klubunda
Azərbaycan millisinin hücumçusu Mahir Emreli karyerasını Polşanın “Rakuv” klubunda davam etdirəcək.
Msport.az xəbər verir ki, 29 yaşlı futbolçu Ekstrraklasa təmsilçisində tibbi müayinədən keçdikdən sonra rəsmi müqaviləyə imza atacaq. “Rakuv” Emrelini “Kayzerslautern”dən icarəyə götürəcək.
Ötən mövsüm Polşa çempionatında 4-cü yeri tutuan “Rakuv” Konfrans Liqasında mübarizə aparacaq. Komanda II təsnifat mərhələsində Maltanın “Valletta” klubu ilə qarşılaşacaq.
Qeyd edək ki, Polşa Mahir üçün yad ölkə deyil. O, 2021-2022 mövsümünün ilk yarısında “Legiya”nın formasını geyinib.







