featured-image-64768

Mövsümün sonunda “Nürnberq”dən ayrılacağı dəqiqləşən Azərbaycan millisinin hücumçusu Mahir Emreli karyerasını Almaniyada davam etdirəcək.

Msport.az yerli mətbuata istinadən xəbər verir ki, 27 yaşlı forvardın Bundesliqa ilə yanaşı, 2-ci Liqadan da təklifləri var. Hələlik təcrübəli forvardla maraqlanan klubların adları açıqlanmır.

Onun Türkiyə təmsilçilərinin də diqqət mərkəzində olduğu iddia edilir.

Qeyd edək ki, Mahir Emreli ötən ilin avqustunda “Nürnberq”lə 1 illik müqavilə imzalamışdı.

Bənzər xəbərlər