featured-image-38191

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın “Dinamo” klubu problemlə üzləşib.

Msport.az “Sportske.jutarnji” nəşrinə istinadən xəbər verir ki, Zaqreb təmsilçisində milli komandaların matçları ilə əlaqədar yaranmış fasilədə demək olar ki, oyunçu qalmayıb.

Futbolçuların çoxu yığmalardan dəvət aldığı üçün baş məşqçi Sergey Yakiroviç kiçik qrupla məşqlər keçir.

Qeyd edək ki, Mahir Emreli AVRO-2024-ün seçmə mərhələdə Estoniya və Avstriya ilə oyunlar üçün Azərbaycan millisinə cəlb olunub.

Bənzər xəbərlər