Mahir Emrelinin transfer qiyməti müəyyənləşdi
Almaniyanın “Nürnberq” klubu Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin transfer qiymətini müəyyənləşdirib.
Msport.az xəbər verir ki, II Bundesliqa təmsilçisi 27 yaşlı hücumçu ilə maraqlanan Cənubi Koreya klubuna öz tələbini çatdırıb.
Nürnberqlilər forvardın transferi müqabilində qarşı tərəfdən 500 min avro istəyib. Ancaq bu məbləğ koreyalıların ürəyincə deyil. Bu səbəbdən keçidin reallaşması yubanır.
Qeyd edək ki, “Nürnberq”lə müqavilə müddəti mövsümün sonuna qədər olan Mahir Emreli “Seul” klubunun maraq dairəsindədir.