featured-image-81226

İtaliya futbolunun əfsanəsi Paolo Maldinin oğlu Daniel Maldini “Kalyari”yə keçib.

Msport.az xəbər verir ki, Daniel yeni komandasına icarə əsasında qoşulub.

24 yaşlı futbolçu “Milan”ın yetirməsidir. Onun atası Paolo və babası Çezare də bu klubun şərəfini qoeuyublar.

Daniel 2022-ci ildə “Milan”ı tərk edərək “Spetsiya”ya icarəyə yollanıb. O, daha sonra “Empoli” və “Monza”da da icarədə olub.

Maldini 2024-cü ilin yayında “Monza” ilə müqavilə bağlasa da, klub onu “Atalanta”ya icarəyə verib. Bir il sonra “Latsio” onu Berqamo təmsilçisindən icarəyə götürüb.

Beləliklə, “Kalyari” 24 yaşlı futbolçunun  karyerasında yeddinci komandası olub.

Bənzər xəbərlər