featured-image-81742

“Mançester Siti” Mərakeş millisinin üzvü Əyyub Buaddini transfer edib.

Msport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano paylaşım edib.

“Şəhərli”lər bu keçidə görə “Lil”ə 100 milyon avro+bonuslar ödəyəcək.

Futbolçu şəxsi müqaviləsi ilə bağlı iyulda İngiltərə klubu ilə razılığa gəlib.

Buaddi ötən mövsüm 42 oyunda meydana çıxıb. Onun “Lil”lə müqaviləsi 2029-cu ilin yayına qədərdir.

18 yaşlı yarımmüdafiəçi yayda DÇ-2026-da 5 oyunda iştirak edib.

 

Bənzər xəbərlər