“Mançester Siti” Andrade ilə anlaşdı
“Mançester Siti” Allan Andrade ilə müqavilə imzalayacaq.
Msport.az xəbər verir ki, İngiltərə klubu 22 yaşlı vingerin transferi ilə bağlı “Palmeyras”la şifahi razılığa gəlib.
Transferin məbləği 40 milyon avro olacaq. Bundan əlavə, müqavilədə bonus ödənişlərinin də nəzərdə tutulduğu bildirilir.
Qeyd edək ki, Allan Andrade bu mövsüm Braziliya çempionatında 21 oyunda 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.







