featured-image-81567

“Mançester Siti”nin vingeri Jeremi Doku zədə alıb.

Msport.az xəbər verir ki, Belçika millisinin üzvü İngiltərə Superkuboku uğrunda “Arsenal”la oyunda zədələnib.

24 yaşlı futbolçu növbəti tur “Bornmut”la matçda meydana çıxa bilməyəcək. “Siti”də hesab edirlər ki. indiki zədə Dokunun dünya çempionatından sonra hiss etdiyi ağrılarla bağlı ola bilər.

O, mundialdan sonra ağır viruslu infeksiya keçirib, həmçinin topuq zədəsi alıb və buna görə mövsümlərarası hazırlıq prosində tam şəkildə məşq edə bilməyib.

Doku bir müddət bərpa prosesi keçməlidir. Belçikalı futbolçunun yaşıl meydanlara qayıdı müalicənin gedişindən asılı olacaq.

 

Bənzər xəbərlər