"Mançester Siti"dən "Nyukasl"a - RƏSMİ
“Nyukasl” Niko Qonzalesi “Mançester Siti”dən transfer edib.
Mspori.az xəbər verir ki, “şəhərlilər”in mətbuat xidməti bu brədə məlumat yayıb.
“Nyukasl” 24 yaşlı yarımmüdafiəçi ilə uzunmüddətli müqavilə bağlayıb. O, yeni komandasında 6 nömrəli formada çıxış edəcək. Mətbuatın yazdığına görə, transfer 58,6 milyon avroya başa gəlib.
Niko Qonzales 2025-ci ilin fevralından “Mançester Siti”nin formasını geyinirdi.
“Barselona”nın yetirməsi olan futbolçu “Mançester Siti”yə “Portu”dan gəlmişdi.







