"Mançester Siti"dən yeni transfer - RƏSMİ
“Mançester Siti” növbəti transferini reallaşdırıb.
Msport.az xəbər verir ki, bu barədə İngiltərə klubunun rəsmi saytı məlumat yayıb.
“Şəhərlilər” yarımmüdafiəçi Ayub Buaddi ilə 5 illik müqavilə imzalayıb. “Mançester Siti” bu transferə görə “Lil”ə 95 milyon avro ödəuəcək, üstəlik 5 milyon da müxtəlif növ bonuslar nəzərdə tutulub.
Buaddi ötən mövsüm 42 oyunda meydana çıxıb. Onun “Lil”lə müqaviləsi 2029-cu ilin yayına kimi idi.







