featured-image-3181

Yaxın vaxtlarda “Mançeter Siti”yə keçəcək Erlinq Haalandın transferinin şərtləri məlum olub.

Msport.az “The Telegraph”a istinadən xəbər verir ki, İngiltərə klubu norveçli hücumçunun transferinə 213 milyon funt (248,5 milyon avro) xərcləyəcək.

“Siti” transferə görə “Borussiya Dortmund”a 75 milyon avro (64 milyon funt) ödəyəcək. Beş illik müqaviləyə əsasən, futbolçu 107 milyon funt (bu məbləğə bonus da daxildir) qazanacaq. Haalandın nümayəndələri və agentlərə 50 milyon avroya qədər (42 milyon funt) ödəniş ediləcək.

Bazar ertəsi forvard Dortmund klubunun icazəsi ilə Brüsseldə “Mançester Siti” həkimlərinin müşayətilə tibbi müayinədən keçib.

Norveç yığmasının üzvünün son oyunlarda “Borussiya”nın heyətində olması gözlənilir.

Bənzər xəbərlər