“Mançester Siti”ni ərəb klubuna dəyişə bilər
Niderlandlı yarımmüdafiəçi Tijjani Reijnders yaxın vaxtlarda Səudiyyə Ərəbistanının “Əl-Qadisiyə” klubuna keçə bilər.
Msport.az xəbər verir ki, “Əl-Qadisiyə”nin hazırda əsas diqqəti yeni mövsümün ilk oyununa yönəlsə də, Reyndersin transferi yaxın günlərdə rəsmiləşə bilər.
Bununla yanaşı, yarımmüdafiəçiyə “Nottingem Forest”in də marağı davam edir. Bildirilir ki, “Mançester Siti”nin “Nottingem Forest”dən Elliot Andersonu transfer etməsindən sonra Reyndersin klubdakı gələcəyi qeyri-müəyyənləşib.
“Şəhərlilər” Reyndersi cəmi bir il əvvəl transfer edib. Niderlandlı futbolçu ötən mövsüm bütün turnirlərdə 47 matçda meydana çıxıb, 7 qol vurub və 8 məhsuldar ötürmə edib.







