“Mançester Siti”nin futbolçusu yığmamızla matça çağırılmayaxcaq
DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan və İslandiya ilə qarşılaşacaq Fransa yığmasında daha bir futbolçunun durumuna aydınlıq gəlib.
Msport.az xəbər verir ki, Rayan Şerkinin qarşıdakı matçlarda iştirakı gözlənilmir.
“Mançester Siti”nin vingerinin zədəsi sağalsa da, o, avqustdan bəri hələ də heç bir oyunda meydana çıxmayıb. Xosep Qvardiola hətta son olaraq İngiltərə Kubokunda “Haddersfild”lə matçda da 22 yaşlı cinah oyunçusuna şans verməyib. Bu səbəbdən Fransa millisinin baş məşqçisi Didye Deşamın Şerkini çağırmamaq qərarına gəldiyi bildirilib.
Onunla yanaşı, Desire Due və Osman Dembelenin də meydana çıxmayacağını nəzərə alan çalışdırıcı Uqo Ekitike, Kinqsli Koman kimi oyunçuları siyahıya əlavə etməyi düşünür.
Qeyd edək ki, Fransa yığması oktyabrın 10-da Parisdə Azərbaycan, 13-də isə Reykyavikdə İslandiya millisi ilə qarşılaşacaq.