“Mançester Siti” səfərdə xal itirdi
Futbol üzrə İngiltərə Premyer Liqasında 37-ci tura start verilib. Msport.az xəbər verir ki, ilk oyun günündə 7 qarşılaşma baş tutub.
Turun ilk matçında “Tottenhem” “Bernli”ni minimal hesabla üstələyib.
Çempionluq yarışında büdrəməməyə çalışan “Mançester Siti” “Vest Hem”in qonağı olub. Dörd qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib.
İngiltərə Premyer Liqası
37-ci tur
15 may
Tottenhem – Bernli 1:0
Qol: H.Keyn, 45+8-pen.
Aston Villa – Kristal Pelas 1:1
Qol: Uotkins, 69 – Şlupp, 81.
Vest Hem – Mançester Siti 2:2
Qol: Bouen 24; 45 – Qriliş, 49. Çoufal, 69-öz qapısına.
Vulverhempton – Norviç Siti 1:1
Qol: Nuri, 55 – Pukki, 37.
Lids – Brayton 1:1
Qol: Struyjik, 90+2 – Uelbek, 21.
Uotford – Lester Siti 1:5
Qol: J.Pedro, 6 – Meddison, 18. Vardi, 22; 70. Barnes, 46; 86.
Everton – Brentford 2:3
Qol: Levin, 10. Riçarlison, 45+2-pen – Koleman, 37-öz qapısına. Vissa, 62. Henri, 64.
16 may
23:00. Nyukasl – Arsenal
17 may
22:45. Sauthempton – Liverpul