“Mançester Siti” Stounzla vidalaşacağını açıqladı
“Mançester Siti” mövsümün sonunda futbolçusu Con Stounzla yollarını ayıracağını açıqlayıb.
Msport.az xəbər verir ki, bu barədə “şəhərlilər”in rəsmi saytı məlumat yayıb.
31 yaşlı müdafiəçi yayda azad agent kimi komandanı tərk edəcək.
Qeyd edək ki, 2016-cı ildən “Mançester Siti”də çıxış edən oyunçu cari mövsüm 13 matçda meydanda olub.







