featured-image-78597

Baş məşqçi dəyişikliyinə məruz qalan və heyətində yeniləmə olacağı gözlənilən “Mançester Siti” yeni transferə hazırlaşır.

Msport.az xəbər verir ki, “şəhərlilər” “Aston Villa”nın və İngiltərə millisinin yarımmüdafiəçisi Morqan Rocers uğrunda mübarizəyə qoşulub.

İngilis klubu əvvəllər akademiyasında oynadığı 23 yaşlı futbolçunu “Etihad”a qayıtmasını nəzərdən keçirir. Rocerslə “Arsenal”, “Çelsi”, “Bavariya” və PSJ də maraqlanır.

“Siti” həmçinin hücum xəttinin yenidən qurulmasına hazırlaşır. Bernardo Silvanın ayrılacağı gözlənilir və Enzo Mareskanın rəhbərlik edəcəyi yeni məşqçilər heyəti öz komandasını formalaşdırmağa çalışır.

Rocers də transferə açıqdır. Amma “Aston Villa” onu ucuz qiymətə satmağı planlaşdırmır – o, yay mövsümünün ən bahalı transferlərindən biri ola bilər. Söhbət 100 milyon funt-sterlinqə yaxın məbləğdən gedir.

Bənzər xəbərlər