“Mançester Siti”, yoxsa “Real”? - Qvardiol tələsmir
“Mançester Siti”nin müdafiəçi Yoşko Qvardiol yeni müqavilə təklif edib.
Msport.az xəbər verir ki, 24 yaşlı futbolçu “Real”ın maraq dairəsində olduğuni bildiyindən vəziyyəti nəzərdən keçirmək üçün klubdan vaxt istəyib.
2026-cı il dünya çempionatında iştirak edəcək xorvatiyalı futbolçu gələcəyi ilə bağlı qərar verməkdə tələsmək istəmir. Vurğulanır ki, “Mançester Siti” müdafiəçini satmaq istəmir.
Qvardiol 2023-cü ilin yayından bəri klubdadır. Onun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdir.







