“Mançester Yunayted” 85 milyona transfer etdiyi futbolçunu pulsuz buraxdı
“Mançester Yunayted” hücumçu Ceydon Sançonun klubdan göndərildiyini açıqlayıb.
Msport.az xəbər verir ki, 26 yaşlı futbolçu komandanı azad agent kimi tərk edib.
İngiltərə millisinin sabiq üzvü “qırmızı şeytanlar”a 2018-ci ildə Dortmund “Borussiya”sından keçmişdi. “Mançester Yunayted” onun transfrinə 85 milyon avro ödəmişdi.
Sanço son illərdə müxtəlif klublarda icarədə olub. O, ötən mövsümü “Aston Villa”da keçirib. Bundan qabaq isə “Çelsi” və “Borussiya Dortmund”da olub.







