featured-image-46920
İngiltərənin “Mançester Yunayted” klubunda yeni təyinat olub.
Msport.az xəbər verir ki, Ceyson Uilkoks “qırmızı şeytanlar”da yeni texniki direktor təyin edilib.
Müqavilənin təfərrüatları açıqlanmayıb. Mütəxəssis yay transferlərinin planlaşdırılması, kadrların və akademiyanın işə götürülməsi ilə bağlı işlərlə məşğul olacaq.
Ceyson əvvəllər “Sauthempton”da direktor olub və eyni zamanda “Mançester Siti”nin akademiyasında da eyni vəzifəni tutub.

Bənzər xəbərlər