“Mançester Yunayted” finala yüksəldi
“Mançester Yunayted” İngiiltərə kubokunda finala yüksəlib. Msport.az xəbər verir ki, “qırmızı şeytanlar” “Uembli” stadionunda keçirilən yarımfinal matçında “Koventri Siti” ilə üz-üzə gəlib.
Əsas və əlavə vaxtı 3:3 hesabı ilə başa çatdığından oyunsonrası penalti zərbələrinə ehtiyac duyulub. Penalti zərbələrini Erik ten Haqın komandası daha dəqiq yerinə yetirib – 4:3.
İngiltərə kuboku
1\2 final
“Koventri Siti” – “Mançester Yunayted” 3:3 (penaltilərdə 3:4)
Qollar: Simms, 71, O`Xare,79, Rayt,90+5 – Maktominey, 23, Makquayr, 45+1, Fernandeş, 58.