featured-image-5811

“Mançester Yunayted”dən azad agent qismində ayrılan Nemanya Matiç “Roma”ya keçib.

Msport.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin rəsmi saytı məlumat yayıb.

33 yaşlı serb futbolçu yeni klubu ilə 1 illik anlaşmaya imza atıb. Dayaq yarımmüdafiəçisi “canavarlar”ın sıralarında 21 nömrəli formanı geyinəcək.

Matiç 2017-ci ildə “Çelsi”dən MY-yə keçib. Son mövsümdə bütün turnirlərdə 32 matça çıxan serbiyalı oyunçu 4 məhsuldar ötürmə müəllifi olub. O, həm “zadəganlar”ın, həm də “qırmızı şeytanlar”ın heyətində “Roma”nın indiki baş məşqçisi Joze Mourinyunun rəhbərliyi altında çıxış edib.

Matiç daha əvvəl “Benfika”da da oynayıb.

Bənzər xəbərlər