“Mançester Yunayted”in istədiyi türk
“Mançester Yunayted” Türkiyə millisinin və “Brayton”un müdafiəçisi Ferdi Kadıoğlunu yaxından izləyir.
Msport.az xəbər verir ki, “qırmızı şeytanlar”ın skautları 26 yaşlı futbolçunun dözümlülüyü və hücumlara effektiv qoşulmasından heyran qalıblar.
“Brayton” rəhbərliyi digər klubların marağını soyutmaq üçün türkiyəli müdafiəçi üçün 42 milyon funt-sterlinq tələb etmək niyyətindədir.
Qeyd edək ki, sol müdafiəçi mövqeyində çıxış edən Kadıoğlu karyerası ərzində nümayiş etdirdiyi sabit oyunla İngiltərə Premyerliqasının ən diqqətçəkən müdafiəçilərindən birinə çevrilib.







