“Mançester Yunayted”in sabiq futbolçusu Avstraliyaya yollandı
“Mançester Yunayted”, “Fənərbaxça”, “Valensiya”, “Sportinq” kimi klublarda oynamış Nani Avstraliyanın “Melburn Viktoriya” komandası ilə müqavilə bağlayıb.
Msport.az xəbər verir ki, 35 yaşlı futbolçunun anlaşması 2 illikdir. Portuqaliya millisinin heyətində Avro-2016-nın qalibi olan yarımmüdafiəçi son olaraq “Venetsiya”da çıxış edib. O, İtaliya klubuna bu ilin yanvarında keçmişdi. Nani A seriyasında 10 matçda meydana çıxıb və 1 məhsuldar ötürmə verib.
“Venetsiya” B seriyasına düşdükdən sonra portuqaliyalı futbolçu müqaviləsini qarşılıqlı razılıqla pozmuşdu.