featured-image-80406

“Mançester Yunayted” “İnter”in futbolçusu Karlos Auqusto ilə maraqlanır.

Msport.az xəbər verir ki, Milan təmsilçisi 27 yaşlı müdafiəçinin komandadan ayrılmasının əleyhinə deyil.

Lakin ölkə çempionu oyunçunu 25-30 milyon avroya satmağa hazırdır.

Qeyd edək ki, Karlos Auqusto ötən mövsüm bütün turnirlərdə 46 oyunda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun “İnter”lə müqaviləsinin müddəti 2028-ci ilin yayınadək qüvvədədir.

Bənzər xəbərlər