“Mançester Yunayted” Liverpul səfərindən qələbə ilə döndü
İngiltərə Premyer Liqasında 8-ci turun oyunları keçirilir. Msport.az xəbər verir ki, turun mərkəzi görüşü “Liverpul”la “Mançester Yunayted” arasında olub.
“Qırmızı şeytanlar” səfər matçından 2:1 hesablı qələbə ilə dönüb.
Bu oyundan sonra “Liverpul” 15 xalla 4-cü yeri tutur. 13 xalı olan “Mançester Yunayted” isə 9-cu pillədədir.
İngiltərə Premyer Liqası
8-ci tur
“Liverpul” – “Mançester Yunayted” 1:2
Qollar: Kodi Qakpo, 78 – Brayan Mbemo, 2, Harri Maquayr, 84