“Mançester Yunayted” Onananı satacaq
“Mançester Yunayted” qapıçı Andre Onananı komandada saxlamayacaq.
Msport.az xəbər verir ki, hazırda icarə əsasında “Trabzonspor”da çıxış edın futbolçu yeni mövsümdən “qırmızı şeytanlar”ın heyətində olmayacaq.
Klub kamerunlu qolkiperi yayda satmaq niyyətindədir. İngiltərə təmsilçisinin yeni qapıçı axtarışında olduğu bildirilib.
Qeyd edək ki, 30 yaşlı qapıçının “Mançester Yunayted”lə müqaviləsi 2028-ci ilin yayına qədərdir.







