featured-image-79383

“Qalatasaray”ın hücumçusu Viktor Osimhen karyerasını İngiltərədə davam etdirə bilər.

Msport.az xəbər verir ki, hücum xəttini gücləndirmək istəyən “Mançester Yunayted” nigeriyalı forvardı transfer siyahısının əsas namizədlərindən biri kimi görür.

İngiltərə klubunun baş məşqçisi Maykl Kerrik Osimhenin alınmasında şəxsən maraqlıdır. Mütəxəssis rəhbərlikdən 27 yaşlı hücumçunun transferi üçün danışıqları sürətləndirməyi istəyib.

“Qalatasaray” isə əsas ulduzlarından birini asanlıqla buraxmaq niyyətində deyil. İstanbul təmsilçisinin Osimhen üçün 150 milyon avro (300 milyon AZN) səviyyəsində transfer məbləği tələb edəcəyi qeyd olunur. Nigeriyalı futbolçu mövsümün əvvəlində 75 milyon avroya (150 milyon AZN) heyətə qatılıb və klubla 2029-cu ilədək müqavilə imzalayıb.

Osimhen “Qalatasaray”da çıxışı ilə azarkeşlərin sevimlisinə çevrilib. O, daha əvvəl Türkiyədə xoşbəxt olduğunu və bu ölkəni özü üçün “cənnət” adlandırdığını bildirib.

Hücumçu cari mövsümdə “Qalatasaray” forması ilə 33 rəsmi oyuna çıxıb, 22 qol və səkkiz məhsuldar ötürmə ilə yadda qalıb.

Bənzər xəbərlər