“Mançester Yunayted” Ronaldonu cəzalandırası olmadı
“Mançester Yunayted” autizmdən əziyyət çəkən uşaqla insidentə görə Kriştiano Ronaldonu cəzalandırmayacaq.
Msport.az xəbər verir ki, “The Sun” bu barədə məlumat yayıb.
“Everton”la oyundan (0:1) sonra portuqaliyalı futbolçu Liverpul təmsilçisinin 14 yaşlı azarkeşinin telefonunu yerə çırpmışdı.
“M.Y” rəhbərliyi hücumçunun sosial şəbəkədəki üzrxahlığını yetərli sayıb. Odur ki, klub tərəfindən başlanan araşdırma başa çatıb.