featured-image-5919

“Liverpul”un seneqallı hücumçusu Sadio Mane tətil zamanı doğma kəndinə yollanıb. Msport.az xəbər verir ki, 30 yaşlı forvard orada qeyri adi futbol matçında iştirak edib.

Mane anadan olub, büyüdüyü yerdə yerli gənclərlə çətin şəraitdə futbol oynayıb. Yağış yağdığından meydan palçıq olub və ulduz futbolçu bu cür şəraitdə tanışları ilə oynamaqdan çəkinməyib. Oyunu izləməyə isə yüzlərlə tamaşaçı gəlib.

Xatırladaq ki, Mane yaxın vaxtlarda “Bayern Münhen”lə 3 illik müqavilə bağlaya bilər. Artıq “Liverpul”la danışıqlar son mərhələyə qədəm qoyub.

 

 

 

Bənzər xəbərlər