featured-image-3186

“Barselona” “Liverpul”un hücumçusu Sadio Mane ilə maraqlanır.  Msport.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, Seneqal millisinin üzvü İngiltərəni tərk edə bilər. Futbolçunun müqaviləsi 2023-cü ilə qədər nəzərdə tutulub.

Ancaq Mane La Liqada oynamağı arzulayır və “Barsa” variantı ona daha cəlbedici gəlir.

“Barselona”dakı mənbələr xəbər verir ki, klub həqiqətən də Manenin heyətə cəlb olunmasında maraqlıdır.

Mane Muhammed Salahın “Liverpul”da ön plana çəkilməsindən narahat olub. O, düşünür ki, Kataloniya klubunda çıxış etsə həm fərdi, həm də komanda şəklində böyük uğurlar qazana bilər.

“Barselona” öncə Erlinq Haaland, Robert Levandovski və Muhammed Salahla maraqlansa da, bu variantlardan imtina etməli olublar.

Maneni heyətində görmək istəyən klublardan biri də “Bayern Münhen”dir.

 

Bənzər xəbərlər