featured-image-78311

“Mançester Yunayted”in müdafiəçisi Harri Maquayr ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatında oynamayacaq.

Msport.az xəbər verir ki, 33 yaşlı futbolçu İngiltərənin 2026-cı il dünya çempionatı heyətindən kənarlaşdırılıb.

“Əmin idim ki, mövsümdən sonra bu yay ölkəm üçün mühüm rol oynaya bilərəm. Bu qərar məni şoka saldı və sarsıtdı. Uşaqlara uğurlar arzulayıram”, – Maquayr deyib.

Maquayr bu mövsüm Premyer Liqada 22 oyun keçirib, bir qol vurub, iki məhsuldar ötürmə edib, üç sarı və bir qırmızı vərəqə alıb.

Bənzər xəbərlər