Maradonanın İngiltərəyə qol vurduğu top satıldı
DÇ-1986-nın 1/4 final mərhələsində Argentina- İngiltərə matçında (2:1) oynanılmış top satışa çıxarılıb.
Msport.az xəbər verir ki, Dieqo Maradonanın “tanrının əli” adı verilmiş qolu məhz bu qarşılaşmada vurub.
Top auksionda 3.35 milyon dollara satılıb. Hərracda topun start qiyməti 2,5 milyon dollar idi. İlkin olaraq topun 10 milyon dollara satılması planlaşdırılırdı. Lakin o səviyyədə alıcı ortaya çıxmayıb.
Həmin oyunda Maradonanın geyindiyi futbolka 2022-ci ildə 9,3 milyon dollara satılmışdı.







