featured-image-78002

“Marsel”də baş məşqçi Habib Beye ilə bağlı qərarsızlıq fonunda yeni mütəxəssis axtarışına başlanıb.

Msport.az xəbər verir ki, klub rəhbərliyi 48 yaşlı seneqallı mütəxəssisin işindən razı deyil.

Beye qarşısına qoyulan iki əsas hədəfi yerinə yetirə bilməyib: komandanı Çempionlar Liqasına çıxarmaq və Fransa Kubokunun finalına yüksəlmək.

Habib Beye “Marsel”də 2026-cı ilin fevralından çalışır. Onun müqaviləsi 30 iyun 2027-ci ilə qədər qüvvədədir. Mütəxəssis daha əvvəl “Red Star” və “Renn”də işləyib.

Məlumata görə, “Marsel”in baş məşqçi postuna namizədlər siyahısında “Lill”in çalışdırıcısı Bruno Jenezyo, 2025-ci ilin payızında “Monako”dan ayrılan Adi Hütter və “Neom”un baş məşqçisi Kristof Qaltye yer alır.

“Marsel” Fransa çempionatında 33 oyundan sonra 56 xalla altıncı pillədə qərarlaşıb.

Bənzər xəbərlər