“Marsel” Depayla maraqlanır
“Marsel” “Korintians”ın və Niderland millisinin hücumçusu Memfis Depayın transferi üzərində işləyir.
Msport.az xəbər verir ki, “Marsel”in idman direktoru Qreqori Lorensi və onun heyəti artıq oyunçunun nümayəndələri ilə danışıqlar aparıb.
Qeyd olunur ki, Fransa klubu oyunçunun maliyyə tələblərindən məmnun qalmayıb və dialoqun davam etdirilməsi ehtimalı olduqca aşağı hesab olunur.
Depayın Braziliya klubu ilə müqaviləsi 2026-cı ilin iyul ayının sonuna qədərdir. Transfermarkt-dakı məlumata görə, onun bazar dəyəri 7 milyon avrodur.







