"Marsel"in yeni futbolçusu ilə bağlı qalmaqal - Əsl yaşı neçədir?
“Olimpik Marsel”in yeni transferi Şansel Mbemba ilə bağlı ortaya qalmaqallı məlumatlar çıxıb.
Msport.az yerli mətbuata istinadən xəbər verir ki, Konqo Demokratik Respublikasından olan futbolçunun 27 yaşında olduğu deyilsə də, müdafiəçinin 1990-cı il təvəllüdlü olduğu iddia olundu. İndi isə başqa sənədlərə görə, Mbemba 1988-ci ildə anadan olub.
Fransa klubunun yeni transferi əvvəllər “Anderlext”, “Nyukasl”, “Portu” klublarında çıxış edib.
O, Konqo yığmasında 66 oyunda 4 qol vurub. Mbemba millinin heyətində 2015-ci ildə Afrika Millətlər Kubokunda bürünc medal qazanlb.







